"Real"ın müdafiəçisi Marselo mövsümün sonunda klubunu dəyişəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 30 yaşlı oyunçu artıq transferə çıxarılıb.

Santyaqo Solarinin gəlişindən sonra əsas heyət üzünə həsrət qalan Braziliya millisi üzvünün yayda "Yuventus"a keçidi gözlənilir. "Kral klubu" da artıq onun qalmasında maraqlı deyil. Bu səbəbdən madridlilər oyunçunun 50 milyon avro dəyərində olduğunu bildirib.

Qeyd edək ki, Marselonun "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest