"Leypziq"in hücumçusu Timo Vernerin mövsümün sonunda "Bavariya"ya keçməsi gözlənilir. Matc.az saytının Bild nəşrinə istinadən məlumatına görə, münhenlilər futbolçu ilə hərtərəfli anlaşma əldə edib.

"Leypziq" rəhbərliyi ilə danışıqlar da müsbət məcrada davam edir. "Leypziq" qolçusunu qarşı tərəfə satmağa razılıq verib. Onlar 22 yaşlı forvard müqabilində "Bavariya"dan 60 milyon avro tələb edib. Klubların bu keçiddə ortaq məxrəcə gəlməsi gözlənilir.

Qeyd edək ki, Timo Vernerin "Leypziq"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest