"Real" rəhbərliyi aşağı yaş qrupu üzrə komandanın (yuvenil B) baş məşqçisi Alvaro Benitonu qovub. Matc.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb onun son açıqlaması olub.

43 yaşlı mütəxəssis İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin "Barselona" ilə cavab oyununu (0:3) dəyərləndirərkən məşqçilər korpusunu tənqid etmişdi: "Əsas problem Kasemiro və Kroos kimi futbolçuların meydanda olmasıdı. Onlar 1 dəqiqə belə oynamağa layiq deyillər".

Bu açıqlamadan dərhal sonra rəhbərlik Benitonu postundan qovub. Komandaya əfsanəvi futbolçu Raul Qonzales təyin ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest