66 yaşlı çalışdırıcının sevimli komandasından ayrılmaq fikri yoxdu. Belə ki, o, məhz 2024-cü ildən etibarən rəhbər vəzifədə çalışmaq üçün hərəkətə keçəcək. Terimin müqavilə müddəti bitər-bitməz "Qalarasaray"da prezident seçkiləri keçiriləcək.

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim dünən sonuncu dəfə müqavilə imzalayıb. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "cim-bom"la sözləşmə müddətini 2024-cü ilə qədər uzadan təcrübəli mütəxəssis həmin tarixdən sonra karyerasını bitirəcək.

Ancaq 66 yaşlı çalışdırıcının sevimli komandasından ayrılmaq fikri yoxdu. Belə ki, o, məhz 2024-cü ildən etibarən rəhbər vəzifədə çalışmaq üçün hərəkətə keçəcək. Terimin müqavilə müddəti bitər-bitməz "Qalarasaray"da prezident seçkiləri olacaq. O da həmin seçkilərdə namizədliyini irəli sürmək niyyətindədi.

Hər şey planlaşdırılan məcrada getsə, Fatih Terim 70 yaşında "sarı-qırmızılılar"ın prezidenti seçiləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest