"Mançester Yunayted"in gələn mövsüm üçün baş məşqçisi müəyyənləşib. Matc.az saytının ESPN-ə istinadən məlumatına görə, klub rəhbərliyi Ole-Qunnar Sulşerin fəaliyyətindən razıdı.

Mövsümün sonuna qədər müvəqqəti olaraq bu vəzifəni icra edən norveçli mütəxəssis yayda baş məşqçi kimi təsdiqlənəcək. "Qırmızı şeytanlar"ın rəhbərliyi qısa müddətdə azarkeşlərin sevimlisinə çevrilən 46 yaşlı mütəxəssislə uzunmüddətli müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, "Mançester Yunayted" Ole-Qunnar Sulşerin rəhbərliyi altında 15 oyunda 12 qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest