AFFA martın 25-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Litva yoldaşlıq oyununun biletlərinin qiymətini açıqlayıb. Matc.az saytının məlumatına görə, biletlər martın 2-dən etibarən satışa çıxarılacaq.

Saat 18:00-da başlayacaq oyunun biletlərinin qiyməti tribunalardakı kateqoriyalardan asılı olaraq 1, 2 və 10 AZN olacaq.

Biletləri alarkən şəxsiyyət vəsiqəsi və ya pasport təqdim olunmalıdır.

Satış nöqtələrini diqqətinizə çatdırırıq:

 

1

ASAN 1

Həsən Əliyev küç.36

2

ASAN 2

Nobel prospekti 23, AMAY TM 2-ci mərtəbə

3

ASAN 3

Abbas Mirzə Şərifzadə 157

4

28 Mall

28 May küçəsi, 2-ci mərtəbə

5

Gənclik Mall

Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə

6

Köşk 1

Sahil m. M.Rəsulzadə 3

7

Köşk 2

Bül-bül prospekti, Nizami küç.

8

Köşk 3

üzeyir Hacıbəyov küç.69x

9

Heydər Əliyev Sarayının kassası

Bülbül pr.35

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest