AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
MOİK – "Səbail" oyununda təcili tibbi yardım maşınının matçın başlamasına təyin olunan vaxtdan gec gəldiyinə görə MOİK klubu 1600 manat cərimə edilib. Matçda xərəkdaşıyanlarla normal təmin olunmadığına görə MOİK klubuna xəbərdarlıq edilib.
 
"Şamaxı" – "Turan Tovuz" oyununda "Şamaxı"nın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. "Şamaxı"nın oyunçusu Cəlal Hüseynov ikinci sarı vərəqədən sonra qırmızı vərəqə ilə oyundan çıxarıldığı üçün o, oyunlardan 1 oyun kənarlaşdırılıb və klubu 200 manat cərimə edilib. Matç başa çatdıqdan sonra "Şamaxı"nın məşqçisi Cavid Hüseynovun birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atdığına görə o, kubok oyunlarından 6 oyun kənarlaşdırılıb, klub 4800 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest