"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Matc.az xəbər verir ki, türkiyəli mütəxəssis "Mançester Yunayted"in keçmiş hücumçusu ilə müqavilə imzalamaq üçün heç bir cəhd etməyəcəyini söyləyib.
"Komandamız qış transfer dövründə heyətə yeni futbolçu götürməyəcək, hazırkı heyətlə davam edəcək. Ronaldoya gəlincə, klub belə bir oyunçunu qəbul edə bilməz" – deyə, Günəş bildirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest