Topaz Premyer Liqasında XIX tura start verilib. Matc.az saytının məlumatına görə, ilk gündə 2 qarşılaşma baş tutub.

Turun açılış oyunu "Bayıl Arena"da olub. Mövsümün ikinci yarısının ən güclü və ən zəif komandaları üz-üzə gəlib. Qış fasiləsindən sonra keçirdiyi 4 matçın 3-də qələbə qazanan "Səbail" ikinci yarıda xal üzünə həsrət qalan "Sumqayıt"ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə nəticələnib. "Sumqayıt" rəqibini büdrətməklə yanaşı, 2019-cu ildə ilk xalını qazanıb.

Günün digər matçında "Neftçi" "Sabah"ı qəbul edib. ötən turda "ağ-qaralar"ın əsas rəqibi "Qarabağ"ı büdrədən debütant eyni uğuru bu dəfə təkrarlaya bilməyib. Rəqib üzərində böyükhesablı qələbə qazanan "Neftçi" liderliyini davam etdirib.

 

Topaz Premyer Liqası

XIX tur

2 mart (şənbə)

"Neftçi" – "Sabah" - 3:0

Qollar: Canluka Sansone, 9; Emin Mahmudov, 24; Baqali Dabo, 79

Qırmızı vərəqə: Məhəmməd Mirzəbəyov, 84

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Nail Nağıyev

Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov 
"Bakcell Arena"

"Neftçi": 1. Səlahət Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 25. Kiril Petrov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 26. ömər Buludov

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 22. Mirabdulla Abbasov, 6. Qoran Paratski, 36. Mamadu Kane, 4. Petru Raku, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 70. Əli Şirinov

Baş məşqçi: Roberto Bordin

"Sabah": 30. Saşa Stamenkoviç, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev (k), 91. Coşqun Diniyev, 17. Təmkin Xəlilzadə, 7. Rəşad Eyubov, 19. Məqsəd İsayev, 4. Tərzin Cahangirov, 13. Filip İvanoviç, 9. Marko Deviç, 11. Elgün Nəbiyev

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 10. Cavid İmamverdiyev, 27. Bəxtiyar Soltanov, 25. Vanderson Silva, 22. Miloş Bosançiç, 33. Eltun Turabov, 88. Elçin Əsədov, 97. Emil Qasımov, 77. Şakir Seyidov

Baş məşqçi: Elşad Əhmədov

 

"Səbail" – "Sumqayıt" - 0:0

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev 
"Bayıl Arena"

"Səbail": 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov (k), 5. Vüqar Bəybalayev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 4. Enrike Perilyo, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 28. Kevin Kubemba, 9. İmanol İriberri, 7. Fəhmin Muradbəyli

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 11. Ruslan Qurbanov, 33. Tome Kitanovski, 3. Tamazi Tsetsxladze, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov

Baş məşqçi: Aftandil Hacıyev

"Sumqayıt": 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 9. Ehtiram Şahverdiyev, 74. Yusif Nəbiyev

Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 11. Atilla Yıldırım, 34. Elvin Bədəlov, 15. Əmir Ağayev, 70. ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov

Baş məşqçi: Ayxan Abbasov

 

1.

Neftçi

19

12

5

2

33-12

41

2.

Qarabağ

18

11

5

2

38-17

38

3.

Səbail

19

9

4

6

22-17

31

4.

Qəbələ

18

6

6

6

20-20

24

5.

Sabah

19

6

3

10

15-26

21

6.

Zirə

18

4

5

9

15-27

17

7.

Keşlə

18

4

4

10

18-29

16

8.

Sumqayıt

19

4

4

11

14-26

16

 

Bombardirlər: Baqali Dabo ("Neftçi") - 9 qol; Mahir Mədətov ("Qarabağ"), Marko Deviç ("Sabah") - 7 qol

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest