"Səbail" növbəti itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, paytaxt klubunun oyunçusu Vüqar Bəybalayev Topaz Premyer Liqasının XIX turunda "Sumqayıt"la qarşılaşmada sıradan çıxıb.

Turun açılış matçının 2-ci dəqiqəsində hava mübarizəsində zərbə alan Bəybalayev huşunu itirib. Oyunçu həkimlərin müdaxiləsindən sonra özünə gəlsə də, oyunu davam etdirə bilməyib. Nəticədə baş məşqçi Aftandil Hacıyev məcburi əvəzləməyə əl atmalı olub. çalışdırıcı Bəybalayevin yerinə meydana 18 yaşlı yarımmüdafiəçi Ədilxan Qarəhmədovu buraxıb.

Qeyd edək ki, hazırda birinci hissəsi davam edən "Səbail" - "Sumqayıt" oyununda hesab açılmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest