"Qarabağ"ın futbolçusu Kevin Medina zədələnib. Matc.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan "Neftçi" ilə səfər oyununda sıradan çıxıb.
 
Matçı davam etdirə bilməyən futbolçunun yerinə meydana 80-ci dəqiqədə Bədavi Hüseynov daxil olub.
 
"Qarabağ" bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest