Almaniya II Bundesliqasında XXIV turun mübarizəsi davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" səfər oyununa çıxıb.

Komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Sandhauzen"in qonağı olub. Oyun "Aue"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmaya ehtiyatdan başlayan Nazarov yalnız 87-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Aue" xal ehtiyatını 29-a çatdıraraq 10-cu pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest