Rusiya Premyer Liqasında II dövrəyə start verilib. Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" ilin ilk oyununda Moskva səfərinə yollanıb. Samara təmsilçisi yuxarı pillələrdə qərarlaşan "Lokomotiv"in qonağı olub.

Rusiya Premyer Liqasında II dövrəyə start verilib. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" ilin ilk oyununda Moskva səfərinə yollanıb.

Samara təmsilçisi yuxarı pillələrdə qərarlaşan "Lokomotiv"in qonağı olub. Oyunda hesabı 19-cu dəqiqədə qonaqlar açıb. Azərbaycan əsilli futbolçu Aleksandr Səmədovun məhsuldar ötürməsini Cano Ananidze qola çevirib. "Lokomotiv" hissənin ortalarında hesabı bərabərləşdirib.

Aqustin Roxel 56-cı dəqiqədə qırmızı vərəqə alaraq, samaralıları meydanda azlıqda qoyub. Bir qədər sonra Anton Mirançuk "Lokomotiv"in heyətində dubla imza atsa da, "Krılya Sovetov" məğlubiyyətdən qaça bilib. Start heyətində oyuna qoşulan və görüşü əvəz edilmədən keçirən Şeydayev 69-cu dəqiqədə meydanın mərkəzindən sürətlə irəliləyərək toru silkələyib. Məhz Ramilin qolu Miodraq Bojoviçin komandasına 1 xal qazandırıb.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Krılya Sovetov" turnir cədvəlində 13-cü pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest