Madrid "Real"ının yarımmüdafiəçisi Eden Hazard Belçika millisindəki karyerasını başa vurub. Matc.az xəbər verir ki, bu barədə 31 yaşlı vinger "İnstagram" hesabında məlumat yayıb.
 
Belçika millisi Qətərdə keçirilən dünya çempionatında F qrupunu 4 xalla, üçüncü pillədə başa vuraraq, mundialla vidalaşıb.
 
Hazard 2008-ci ildən yığma komandanın formasını geyinirdi.
 
Belçika millisi Aç-2024-ün seçmə mərhələsində Azərbaycanla birlikdə F qrupunda yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest