Təbii ki, "doqquzluğ"u boş görüb oranı nişan aldığımı deyə bilmərəm. Yaxşı zərbə endirmək üçün uyğun vəziyyət idi. Əsas yaxın küncə düşmək lazım idi, amma çox yaxşı zərbə alındı və top qapıya "doqquzluq"dan daxil oldu.

"Oyunumuz yaxşı alındı. Məncə, "Səbail"lə olduğu kimi oynadıq, sadəcə, həmin görüşdə bəxtimiz gətirməmişdi". Matc.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov deyib.

Topaz Premyer Liqasının XIX turu çərçivəsində "Sabah"la qarşılaşan "ağ-qaralar" 3:0 hesablı qələbə qazanıblar.

Qarşılaşmadakı qollardan birinin müəllifi olan kapitan oyundan sonra klubun saytına açıqlama verib: "Keçən həftə təhlükəli hücumları qola, üstünlüyümüzü qələbəyə çevirə bilməmişdik, bu gün isə bunu bacardıq. Bizim üçün hər oyunda qalib gəlmək vacibdir. "Səbail"lə "Zirə"ni də məğlub etməliydik. çox şadam ki, nəhayət, qalib gəldik. Artıq xal itirməyə haqqımız yoxdur. İnanıram ki, qələbənin ardı gələcək".

Təcrübəli futbolçu vurduğu qoldan da danışıb: "Təbii ki, "doqquzluğ"u boş görüb oranı nişan aldığımı deyə bilmərəm. Yaxşı zərbə endirmək üçün uyğun vəziyyət idi. Əsas yaxın küncə düşmək lazım idi, amma çox yaxşı zərbə alındı və top qapıya "doqquzluq"dan daxil oldu".

Mahmudov sonda azarkeşlərə təşəkkür edib: "Son oyunlardakı uğursuz nəticələrə baxmayaraq azarkeşlərimizin bu gün də bizi dəstəkləməyə davam etməsi çox gözəldir. Buna görə onlara çox minnətdaram".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest