Belçikanın "Gent" komandası yoxlama oyununda qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-offunda Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan sözügedən komanda Niderland təmsilçisi "Herenven"lə üz-üzə gəlib.

Beş qolun qeydə alındığı bu oyunda "Qarabağ"ın rəqibi darmadağına sevinib – 4:1.
 
"Gent"in heyətində Huqo Kuypers dubla imza atıbsa, digər qolları İbrahim Salahla Malik Fofana vurublar.
 
"Qarabağ"ın "Gent"lə ilk oyunu gələn il fevralın 16-da Bakıda, cavab qarşılaşması isə ayın 24-də Belçikada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest