"Qarabağ" və "Neftçi"nin maraq dairəsində olan Qazaxıstan millisinin futbolçusu Nurali Alip icarə əsasında çıxış etdiyi Rusiya "Zenit"ində qalıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisini birdəfəlik transfer edib.
 
Gənc oyunçu ilə 2,5+1 illik müqavilə imzalanıb.
 
Xatırladaq ki, Nurali Alip bunadək müqavilə ilə Qazaxıstan "Kayrat"ına məxsus idi. O, cari ilin yanvarından icarə əsasında "Zenit"in formasını geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest