"Finala yüksələn digər komanda Argentina üçün çətin olacaq. Lionel Messi nə vaxta qədər təkbaşına komandanı daşıyacaq?"

"Dünya çempionatında İspaniya yığmasına azarkeşlik edirdim. Düzdü, heyətinin əsasını gənclər təşkil edirdi. Ancaq yenə də güclü idilər". Bunu matc.az saytına açıqlamasında "Turan Tovuz"un futbolçusu Tərlan Quliyev deyib. 30 yaşlı müdafiəçi Qətərdə təşkil olunan dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Final barədə də danışan Quliyev Fransa yığmasının çox güclü heyətə malik olduğunu söyləyib: "İspanlardan sonra simpatiya bəslədiyim komanda Mərakeş oldu. Onlar bu turnirdə çox əziyyət çəkdilər. Mərakeşin yarımfinala qədər irəliləməsini heç kim gözləmirdi. Amma ümumilikdə götürəndə Fransanın heyəti hamıdan güclü idi. Finala yüksələn digər komanda Argentina üçün çətin olacaq. Lionel Messi nə vaxta qədər təkbaşına komandanı daşıyacaq? Messi korifeydir, "canavardır". 80 dəqiqə meydançada gəzər, 5 dəqiqə ərzində iki qol vurar. Ondan hər şey gözləmək olar".

Qeyd edək ki, Dç-2022-nin final oyunu dekabrın 18-də Fransa ilə Argentina arasında keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest