"Milli dəftərini bağlamamışam, ancaq dəvət gözləmirəm". Bunu matc.az saytına açıqlamasında "Turan Tovuz"un müdafiəçisi Tərlan Quliyev deyib. 30 yaşlı futbolçu yenidən Azərbaycan millisinə dəvət alacağına inanmır.

O, yığmanın baş məşqçisi Canni de Byazidən dəvət gözləmədiyini etiraf edib: "Yığmanın siyahısında yer almaq mənim üçün sürpriz olar. ümumiyyətlə, hər bir baş məşqçinin öz heyəti olur və orada nadir hallarda dəyişiklik baş verir. Yığmadakı hazırkı vəziyyəti də bilirəm. Daxilimdə hiss edirəm ki, Canni de Byazidən dəvət almayacağam. Amma digər tərəfdən onun taktikasına uyğun futbolçuyam, neçə ildi həmin üslubda çıxış edirəm. Yığma elə yerdi ki, o formanı geyinirsənsə, haqqını verməlisən. Heç kim görməsə də, özün bilirsən ki, ürəyini ortaya qoymusan".

Qeyd edək ki, Tərlan Quliyev 2014-2017-ci illərdə Azərbaycan millisinin heyətində 8 oyun keçirib.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest