Futbol Assosiasiyaları Beynəlxalq Şurasının (IFAB) Şotlandiyanın Aberdin şəhərindəki 133-cü ənənəvi iclasında bir sıra futbol qaydalarına dəyişiklikləri təsdiqlənib. Matc.az saytının məlumatına görə, yeni dəyişikliklər aşağıdakı kimi qeydə alınıb.

- Əllə oyun haqqında qaydalar yenilənib. Belə ki, əgər hücum edən futbolçu qəsdən və ya bilməyərəkdən əllə qol vursa, bu halda qol qeydə alınmayacaq. Oxşar vəziyyətdə futbolçu qol vəziyyəti yaratsa belə, oyun davam etdirilməyəcək.

- Əvəzetmə zamanı əvəzlənən futbolçunun texniki zonaya qədər gəlməsinə ehtiyac olmayacaq. O, özünə ən yaxın yerdən meydanı tərk edə bilər. Bu, daha çox vaxta qənaətə hesablanıb.

- Qapıdan zərbə zamanı topun cərimə meydançasından çıxana qədər rəqibin ona toxunmaması qaydası da ləğv olunub.

- İdmançıya yaraşmayan hərəkətlərə görə meydandan kənardakı texniki heyətə sarı və qırmızı vərəqə göstərilməsi mümkün olacaq.

- Cərimə zərbələri zamanı hücum edən komandanın futbolçuları canlı səddə azı 1 metr aralı dayanmalıdır.

- Topun hakimə dəyməsinin də aralarında olduğu bir neçə halda mübahisəli top elan ediləcək.

- Penalti zərbələri zamanı qapıçının bir ayağının qapı xəttində olması kifayət edəcək.

Yeni qaydalar 2019-cu ilin iyun ayından etibarən qüvvədə olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest