ürfan Abbasov "Qəbələ"də 250-ci oyununu keçirib. Matc.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XVII turuna təsadüf edib. O, "Qarabağ"la səfər qarşılaşmasında (0:1) sonradan meydana çıxıb.
 
ürfan "Qəbələ"nin tarixində ən çox oyun keçirən futbolçudur. O, 250 matçda 4 qola imza atıb. Müdafiəçi Premyer Liqada 204, Azərbaycan kubokunda 31, avrokuboklarda 15 dəfə şans qazanıb. Abbasovun bütün qolları çempionata təsadüf edib.
 
Futbolçu "Qəbələ"də 2011/12 mövsümündə debüt edib. O, 2012-ci il fevralın 21-də "Xəzər Lənkəran"la ev görüşündə (2:1) meydana çıxıb.
 
Xatırladaq ki, "Qarabağ"la matç zədə üzündən əməliyyat olunduğu üçün uzun müddət meydanlardan kənar qalan müdafiəçinin Misli Premyer Liqasının cari mövsümündə ilk oyunu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest