Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
"Kəpəz" - "Turan Tovuz" oyununda "Turan Tovuz"un 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
 
"Səbail" - "Sabah" oyununda "Sabah"ın futbolçusu Nicat Mehbalıyev oyunun 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klubu 200 manat cərimə edilib.
 
"Səbail" - "Sabah" oyununda "Sabah"ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest