UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb. Matc.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, tədbir 2023-cü il yanvarın 25-də İsveçrənin Nyon şəhərində keçiriləcək. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
 
Püşkdə A Liqasında öz qruplarını ilk pillədə bitirən Xorvatiya, İtaliya, Niderland və İspaniya yığmaları iştirak edəcək.
 
Xatırladaq ki, "Dördlər finalı" gələn il 14-18 iyunda Niderlandın Rotterdam və Ensxede şəhərlərində təşkil olunacaq. İyunun 14-ü və 15-də yarımfinal matçları, 18-də isə final görüşü baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest