Rumıniyanın "Universitatya" (Krayova) klubunun maliyyə dəstəkçisi Mixai Rotaru "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın xidmətində maraqlı olmaları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Matc.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, klubun sponsoru və İdarə Heyətinin üzvü rumıniyalı mütəxəssisi qaytarmaq istədiklərini ad çəkmədən təsdiqləyib.
 
O, Regekampfla bağlı sualı cavablandırarkən baş məşqçi postuna namizədin təkcə 47 yaşlı mütəxəssisin olmadığını söyləyib: "Bizim baş məşqçi postuna bir yox, üç namizədimiz var və hər birinin hazırda öz klubu ilə müqaviləsi davam edir. Konkret Regekampfa gəlincə, sözləşməsi davam edən bir məşqçini burada müzakirə edə bilmərəm".
 
Regekampfın "Neftçi" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. O, Azərbaycan klubuna keçməzdən əvvəl 2021/22 mövsümündə "Universitatya"nı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest