Almaniyanın "Hamburq" klubunun xorvatiyalı futbolçusu Mario Vuşkoviç 4 il müddətinə diskvalifikasiya olunub. Matc.az xəbər verir ki, buna 21 yaşlı müdafiəçinin antidopinq qaydalarını pozması səbəb olub.
 
Mümkün sanksiyalarla bağlı əlavə proseslərlə hazırda Almaniya Futbol Assosiasiyasının idman hüquqşünası məşğul olur.
 
Xatırladaq ki, Xorvatiyanın U-21 yığmasının formasını geyinən Mario Vuşkoviç "Hamburq"a bu ilin yayında ölkəsinin "Hayduk" klubundan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest