Vacib 3 xal qazandıq. Bir az meydança, bir az da hava şəraiti topla lazımı şəkildə oynamağımıza imkan vermirdi. Buna rəğmən qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm...

"Vacib 3 xal qazandıq. Bir az meydança, bir az da hava şəraiti topla lazımı şəkildə oynamağımıza imkan vermirdi. Buna rəğmən qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm". Matc.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasının XIX turunda səfərdə "Keşlə" ilə qarşılaşan ağdamlılar 1:0 hesablı qələbə qazanıblar.

Matçdan sonra açıqlama verən 47 yaşlı yaşlı mütəxəssis Rəşad Sadıqov, Reynaldo Silva və Ansi Aqollinin meydana çıxmamasına aydınlıq gətirib: "Rəşadın mikrozədəsi olduğu üçün risk edib, oynatmadıq. Reynaldonu meydançanın süni ot örtüyü olmasına görə ehtiyat elədik. Aqolli isə sırf seçim məsələsidi".

Baş məşqçi Araz Abdullayevin yenidən əsas heyətə qaytarmalarına da toxunub: "Bəzən belə hallar olur. Futbolçu kiçik bir müddəti oyun formasını itirir. Bunu tez bir zamanda aradan qaldırdığını düşünürəm. Ona görə də bu gün əsas heyətə qaytardım".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest