AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə 2018-ci ildə ayrılan vəsaitin həcmi məlum olub. Matc.az-ın məlumatına görə, bu məbləğ assosiasiyanın bugünkü Hesabat Konfransında açıqlanıb.

Vəsaitin ümumi məbləği 1 milyon 340 min 170 manat təşkil edib. ötən il ərzində Futzal Federasiyasına 493 min 400, Futbol Veteranları İttifaqına 191 min 565, Regional Futbol Federasiyasına 160 min 70, Uşaq və Gənclər Federasiyasına 180 min, çimərlik Futbol Federasiyasına 83 min 250, Əlillər Futbol Federasiyasına 118 min 185, Peşəkar Futbol Liqasına 40 min, İctimai Futbol Federasiyasına 17 min 200, Tələbə Futbol Federasiyasına 41 min 500 manat köçürülüb. Sahə Futbol Federasiyasına 15 min manat ayrılıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest