"Doğrudur, dünən xal itirdi, amma düşünürəm ki, qarşıda bu itkini sığortalamaq üçün hələ çox oyun var"

"Dünənki şou matçı çox əyləncəli keçdi". Matc.az xəbər verir ki, bu sözlər ötənləri məşhur qapıçısı Yeju Dudekə məxsusdu.

Dünən "Bakı 2019: Ulduzlar Finalı" adlı qarşılaşmada iştirak edən polşalı bildirib ki, oyuna gələn azarkeşlərə görə təəccüblənib: " Təəccübləndim ki, bizə tamaşa etmək üçün bu qədər adam gəlmişdi. "Liverpul" və "çelsi"nin bir neçə azarkeşini gördüm və bu, çox xoşuma gəldi. Həqiqətən çox maraqlı oldu və mən bu kampaniyanın bir hissəsi olmaqdan çox məmnunam. Düşünürəm ki, Avropa Liqasının finalının təşkili hər bir ölkə üçün olduqca mühüm hadisədi və Azərbaycan adına da bunu nailiyyət kimi qəbul etmək olar".

Onun fikrincə, həm "çelsi", həm də digər ingilis klublarının finalda iştirak etmək üçün çox yaxşı şansları var: "Liverpul" uzun müddət sonra çempionluq üçün yaxşı imkan əldə edib. Doğrudur, dünən xal itirdi, amma düşünürəm ki, qarşıda bu itkini sığortalamaq üçün hələ çox oyun var. Mövsümün əsas hissəsi hələ indi başlayır. Bu komandaya çox böyük inamım var".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest