Azərbaycan milli komandasının inzibatçısı İslam Abbasov tutduğu vəzifədən ayrılıb. Matc.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin yığmamızın "sükanı arxasına" keçməsindən sonra Abbasov postunu itirib.

Hazırda "Kəpəz" Peşəkar Futbol klubu İctimai Birliyinin İdarə Heyətinin sədr müavini olan Abbasovun Gəncə təmsilçisində qalıb-qalmayacağı sual altındadı.

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, növbəti mövsümdən "Kəpəz"in Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi nəzərdə tutulub. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest