Xorvatiya millisinin Azərbaycan və Macarıstanla keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. Matc.az-ın məlumatına görə, baş məşqçi Zlatko Daliç qarşıdakı oyunlara 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 6 hücumçu dəvət edib.

Qapıçılar: Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo", Zaqreb), Simon Sluqa ("Riyeka")

Müdafiəçilər: Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Yedvay ("Bayer" Leverkuzen, Almaniya), Borna Barişiç ("Reyncers", Şotlandiya), Marin Leovats ("Dinamo" Zaqreb), Antonio Miliç ("Anderlext", Belçika), Duye çaleta-Tsar ("Marsel", Fransa)

Yarımmüdafiəçilər: Luka Modriç ("Real Madrid", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("çelsi", İngiltərə), Milan Badel ("Latsio", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Marko Roq ("Sevilya", İspaniya), Mario Paşaliç ("Atalanta", İtaliya), Filip Bradariç ("Kalyari", İtaliya)

Hücumçular: İvan Perişiç ("İnter", İtaliya), Andrey Kramariç ("Hoffenhaym", Almaniya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Marko Pyatsa ("Fiorentina", İtaliya), Nikola Vlaşiç (MOİK, Rusiya), Yosip Berkalo ("Volfsburq", Almaniya)

Qapıçı Yosip Posavets ("Hayduk"), müdafiəçilər - Karlo Bartolets ("Norşellann"), Marin Ponqraçiç ("Zaltsburq", Avstriya) və hücumçu Bruno Petkoviç ("Dinamo" Zaqreb) isə ehtiyat oyunçu qismində nəzərdə tutulublar.

Qeyd edək ki, Azərbaycanla oyun martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda, Macarıstanla qarşılaşma isə martın 24-də Budapeştdəki "Groupama Arena"da keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest