Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə birlikdə F qrupunda yer alıb. Bu komandalar sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə üz-üzə gələcəklər.

Qətərdə keçirilən dünya çempionatından sonra milli karyerasını başa vurduğunu açıqlayan Eden Azar fikrini dəyişə bilər. Matc.az saytı xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
 
Belə ki, 31 yaşlı hücumçu AVRO-2024-də də komandaya kömək etmək variantını nəzərdən keçirir. Belçika yığmasının sabiq baş məşqçisi Roberto Martines "Real"ın ulduz futbolçusunun yığmaya dönməyəcəyini açıqlasa da, Azar daha bir böyük turnirdə oynamağın əleyhinə deyil.
 
Qeyd edək ki, Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə birlikdə F qrupunda yer alıb. Bu komandalar sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə üz-üzə gələcəklər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest