"Benfika"nın və Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Matc.az xəbər verir ki, "çelsi" 21 yaşlı futbolçunun xidmətində maraqlıdır.
 
London təmsilçisi və "Benfika" arasında Fernandeslə bağlı danışıqlar davam edir. "çelsi" gənc argentinalı üçün 127 milyon avro ödəməyə hazırdır. 
 
Xatırladaq ki, Fernandes 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının ən yaxşı gənc futbolçusu seçilib. O, mundialda keçirdiyi 7 oyununda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Daha əvvəl futbolçu ilə "Real" və "Liverpul"un da maraqlandığı bildirilirdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest