Yerli futbol ictimaiyyəti və veteran oyunçular çalışdırıcının futbolçularla münasibətindən narazıdılar. Onlar 52 yaşlı mütəxəssisin komandadan uzaqlaşdırılmasını istəyirlər.

Baş məşqçi dəyişikliyindən sonra bir qədər toparlanan "Kəpəz"də sular durulmaq bilmir. Matc.az saytının əldə etdiyi məlumata görə, Gəncə təmsilçisində hələ də baş məşqçi Tərlan Əhmədovu qəbul etməyən qruplaşma var.

Xüsusən də, yerli futbol ictimaiyyəti və veteran oyunçular çalışdırıcının futbolçularla münasibətindən narazıdılar. Onlar 52 yaşlı mütəxəssisin komandadan uzaqlaşdırılmasını istəyirlər. Hətta Əhmədovun istefası üçün rəhbərliyə təzyiq göstərməyə də başlayıblar.

"Kəpəz"i yalnız gəncəli məşqçinin çalışdırmasının tərəfdarı olan narazı dəstə bu posta yenicə "Səbail"dən istefaya göndərilən Mahmud Qurbanovun gətirilməsini istəyir. Hazırda komanda qənaətbəxş nəticə göstərdiyindən, baş məşqçi istefası gündəmdə deyil. Ancaq veteran futbolçular ən geci mövsümün sonunda bu dəyişikliyin baş tutmasına çalışır.

Qeyd edək ki, "Kəpəz" 18 turdan sonra 12 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest