Azərbaycan yığmasının hücumçusu Mahir Emreli klubu Zaqreb "Dinamo"su ilə təlim-məşq toplanışına yollanıb. Matc.az saytı xəbər verir ki, Xorvatiya klubu hazırlıq üçün Rovin şəhərinə səfər edib.
 
Qış transfer dönəmində başqa kluba keçidi istisna edilməyən Emreli də daxil olmaqla, ümumilikdə 28 oyunçu toplanışa qatılıb. "Dinamo"nun hazırlıq çərçivəsində hələlik yalnız bir yoxlama görüşü keçirəcəyi dəqiqdi. Zaqreblilər yanvarın 12-də Sloveniya "çelye"si ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, "Dinamo" Xorvatiya çempionatında 16 turdan sonra 41 xalla turnir cədvəlinə başçılıq edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest