"Qarabağ"ın sabiq futbolçusu Sergey Kravçenko karyerasını başa vurub. Matc.az saytı xəbər verir ki, bunu 39 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.
 
Odessa "çernomorets"inin şərəfini qoruyan Ukrayna millisinin keçmiş oyunçusu sosial şəbəkə vasitəsilə futboldan getdiyini bildirib. Onun Ruslan Rotanın baş məşqçisi olduğu "Aleksandriya" klubunun məşqçilər korpusuna cəlb olunması gözlənilir.
 
Qeyd edək ki, "Dnepr"in əfsanəvi futbolçusu hesab edilən Sergey Kravçenko 2005-06 mövsümündə Azərbaycanda "Qarabağ"ın formasını geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest