Misli Premyer Liqasının lideri "Qarabağ" sabah Türkiyəyə gedəcək. Matc.az saytı xəbər verir ki, komanda qış təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq
 
"Gloria Sports Arena"da məskunlaşacaq Qurban Qurbanovun komandası 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. İlk oyun yanvarın 15-də Polşa təmsilçisi "Poqon"a qarşı olacaq. "Qarabağ" ayın 18-də daha iki matça çıxacaq. Komanda əvvəlcə "çukariçki" (Serbiya), ardından isə "Rakuv"la (Polşa) üz-üzə gələcək.
 
"Qarabağ" təlim-məşq toplanışını yanvarın 23-də başa vuraraq Bakıya qayıdacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest