"Kəpəz"in heyətini yeni futbolçularla gücləndirməsi də gözlənilir. Lakin klubda büdcə dəqiqləşmədiyindən neçə transfer ediləcəyi bilinmir.

"Kəpəz"in qış fasiləsində yollarını ayırdığı futbolçuların siyahısı dəqiqləşib. Matc.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov hələ ötən ilin son matçından sonra 7 futbolçunun komandadan göndəriləcəyini açıqlamışdı.
 
Bunlardan Rauf Əliyev, Əfran İsmayılov və Peyman Keşavarzi daha öncədən bəlli idi.
 
Gəncə klubu Elvin Yunuszadə, Kamran İbrahimov, Mixeil Erqemlidze və Müşviq Nadirovla da yollarını ayırıb.
 
"Kəpəz"in heyətini yeni futbolçularla gücləndirməsi də gözlənilir. Lakin klubda büdcə dəqiqləşmədiyindən neçə transfer ediləcəyi bilinmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest