Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.

Konkret olaraq 6 məsələ ilə bağlı qərar verilib ki, bunlar aşağıdakı kimidi:

1. Qadınlardan ibarət Azərbaycan millilərinin baş məşqçiləri təsdiq olunsun:

A milli komanda – Siyasət Əsgərov

U-19 – Vüqar Əsgərli

U-17; U-15 – Zamir Həsənov

2. 2019-2020-ci il mövsümündə Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının I Divizionda çıxışı üçün AFFA tərəfindən hər bir kluba 50 min manat vəsait ayrılsın.

Əvəzedici komandasının I Divizonda iştirakından imtina edən TPL klubu 100 min manat məbləğində cərimə olunsun.

3. Oyunçuların Statusu və Transferi Komitəsinin Prosessual Qaydalarına aşağıdakı dəyişikliklər edilsin:

- Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 1‐ci bəndi aşağıdakı redaksiyada verilsin:

"Oyunçuların Statusu və Transferi Komitəsinin sədrini AFFA‐nın İcraiyyə Komitəsi təyin edir. Komitənin digər üzvləri də AFFA‐nın İcraiyyə Komitəsi tərəfindən aşağıdakı hər kateqoriya üzrə iki (2) nəfərə qədər olmaqla təyin edilir:

5.1.1. Peşəkar Futbol Liqası – Nihad Məmmədov

5.1.2. Klublar Komitəsi – Orxan Əhmədov

5.1.3. Müstəqil hüquqşünas – Fərid Haqverdiyev

5.1.4. Qeydiyyat və statistika şöbəsi – Seymur Səlimli

- Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 2‐ci bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Komitənin sədri AFFA‐nın üzvü ola bilməz. Komitənin sədri, üzvləri və məsul katibi öz vəzifələrini icra edən zaman onlara məlum olan bütün faktlar barədə məxfiliyi qorumaq öhdəliyi daşıyırlar."

- Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 3‐cü bəndinin "seçilir" sözü "təyin edilir" sözü ilə əvəz edilsin.

4. Lisenziya Komissiyası və Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsi aşağıdakı tərkibdə təsdiq olunsun:

Lisenziya Komissiyası

Sədr - Elçin Səmədli

Sədr müavini - Sərxan İbadov

üzvlər - İslam Bayramov, Firdovsi Qasımov, Mahmud Yusifov, Vladimir Fyodorov, Zaur Hacı-Məhərrəmov

Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsi

Sədr - Nazim Əliyev

Sədr müavini - Rauf Quluzadə, Mikayıl Xəlilzadə, İlham Hacıyev, Anar Yusubov, Zamin Hüseynov, Orxan Hüseynzadə

5. Tovuz rayonunda, "Turan-Tovuz" klubunun nəzdində Futbol Akademiyası təsis olunsun. Akademiyanın təsis olunması ilə bağlı texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsi AFFA-nın baş katibliyinə həvalə olunsun.

6. VAR (video-köməkçi hakim) sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilsin.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest