04 Mart 2019, 18:04
DİGƏR
Türkiyənin "Milliyet" nəşri 2018-ci ilin ən yaxşıları nominasiyasına namizədləri açıqlayıb. Matc.az saytı xəbər verir ki, "Gillette"nin sponsorluğu ilə təşkil edilən proyekt 1954-cü ildən bəri hər il keçirilir.
İlin idmançısı adına 6 namizəd var ki, onlardan biri də azərbaycanlı atlet Ramil Quliyevdi. ötən il Türkiyə yığmasının heyətində Avropa çempionu titulunu qazanan Quliyev ən yaxşı olmaq üçün Cedi Osman, Mete Qazoz, Taha Akgül, Yasemin Adar və Metehan Başarla mübarizə aparacaq.
Bundan başqa, ilin futbolçusu, komandası, məşqçisi, inkişafda olan idmançısı, paralimpiyaçısı və qadın idmançısı adına namizədlər də açıqlanıb.
Azarkeşlər arasında internet vasitəsilə aparılan səsverməyə martın 22-də yekun vurulacaq.