"Səbail"in yeni baş məşqçisi Şahin Diniyevin əsas dəstəkçilərindən birinin kimliyi məlum olub. Klubun əsas himayədarı – "Xəzər Dəniz Gəmiçiliyi"nin (ASCO) İdarə Heyətinin sədrinin müavini Cəlal Fərəcli onun yaxın qohumudur.

Fərəcli bu faktı klubla bağlı keçirilən toplantıda açıqlayıb. O, Diniyevi xeyli müddətdir "dənizçilər"in "sükanı arxası"nda görməyi arzuladığını bildirib (sportinfo.az).

Cəlal Fərəcli 1967-ci ildə Yardımlı rayonun Lərzan kəndində dünyaya gəlib. 1988-ci ildən Sov.İKP-nin XXII qurultayı adına NQçİ-də mühasib, iqtisadçı vəzifələrində çalışıb.

1991-1993-cü illərdə N.Nərimanov adına NQçİ-də baş mühasibin müavini, 1993-1995-ci illərdə "Bulla-Dəniz" NQçİ-də baş mühasib, 1995-2008-ci illərdə "Xəzərdənizneftdonanma" İdarəsində baş mühasib, İqtisadiyyat və uçot departamentinin rəisi, 2008-2014-cü illərdə "Azneft" İB-in İqtisadiyyat və uçot departamentinin rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 3 mart 2014-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib. İqtisad üzrə fəlsəfə doktorudur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest