ötən axşam İngiltərə Premyer Liqasının 19-cu turunda "Bornmut"u (3:0) məğlub edən "Mançester Yunayted" qələbələri sıralayır. Matc.az xəbər verir ki, bütün turnirlərdə ardıcıl altıncı qələbəsini qazanan Erik ten Haqın komandası son 5 ilin ən böyük uğuruna imza atıb. 
 
Mançester təmsilçisi sonuncu dəfə 2017-ci ildə Joze Mourinyonun rəhbərliyi altında oxşar seriyanı reallaşdırmışdı. 
 
"Bornmut"a qollardan birini Markus Raşford vurub. O, ardıcıl dördüncü matçda rəqiblərin qapısına zərbə endirib. Bu isə onun karyerasında ilk olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest