Qabonun "Akanda" klubunun futbolçusu German Tsinq "Missile" ilə oyun zamanı huşunu itirərək ölüb. Matc.az -ın məlumatına görə, faciəvi hadisə matçın birinci hissəsində baş verib. 30 yaşlı yarımmüdafiəçi qaçdığı vaxt huşunu itirib. Həkimlər onu ayılda bilməyiblər. Tsinq xəstəxanaya aparılarkən yolda keçinib. Təcrübəli futbolçunun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir. 

Hadisə ilə əlaqədar Qabon idman naziri Alen Klod Bili Bi-Nze başsağlığı verib. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest