"Adətən ilk oyun çətin alınır. Ancaq bizim böyük futbolçularımız var. Həm Azərbaycan, həm də Macarıstanla görüşdə məqsəd 6 xal olacaq"

"Milliyə ehtiyat qüvvə kimi çağırılmağım özü də sevindirici haldı. Deməli, doğru yoldayam və əsas komandaya da düşə bilərəm". Matc.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, bunu "damalılar"ın qapıçısı Yosip Posavets deyib.

Müqavilə ilə "Palermo"ya məxsus olan və icarə əsasında "Hayduk"un formasını geyinən 23 yaşlı qolkiperin adı ilk dəfə Xorvatiya millinə dəvət edilənlər arasında yer alıb. Lakin baş məşqçi Zlatko Daliç onu ehtiyat oyunçu qismində görür. AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunlar öncəsi 3 qapıçı - Lovre Kaliniç, Dominik Livakoviç və Simon Sluqadan biri zədələnərsə, Posavets əsas komandaya cəlb olunacaq.

Gənc qolkiper yerli KİV-ə açıqlamasında yer aldıqları qrupun favoriti olduqlarını söyləyib: "Adətən ilk oyun çətin alınır. Ancaq bizim böyük futbolçularımız var. Həm Azərbaycan, həm də Macarıstanla görüşdə məqsəd 6 xal olacaq. ümumiyyətlə, Xorvatiya təkcə Azərbaycanla oyunun yox, qrupun favoritidi. Ancaq rəqiblərə yuxarıdan aşağı baxmaq da olmaz. O ki qaldı mənə, həmkarlarımla güclü rəqabətdən qalib ayrılmaq üçün zamana ehtiyacım var".

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də Zaqrebin "Maksimir" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest