Polşada şənlik var: "Lex"i ələ salan "Qarabağ" "sındırıldı"
14 Yanvar 2023, 10:22
"Qarabağ" Antalyadakı hazırlıq prosesində dünən Polşanın "Rakuv" komandası ilə qarşılaşdı. Matc.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda meydanı ağır məğlubiyyətlə tərk etdi – 0:3.
Polşa mediası qazanılan qələbəyə toxunub. öncə "Qarabağ"ın uğurları haqda bəhs edən "sport.pl" saytı yazır ki, bu komanda polşalıların qənimi sayılır: "Yada salaq ki, yayda "Qarabağ" çempionlar Liqasının I təsnifat mərhələsində "Lex" komandasına rəqibi olmuşdu. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn Poznan klubu Bakıda 1:5 hesabı ilə "sındırılıb". "Qarabağ" Polşa klublarının bəlasıdır, çünki "Lex"dən başqa, "Visla Krakov", "Pyast" və "Legiya" da Azərbaycan komandası ilə avrokuboklarda mübarizə aparıb. Yeganə qələbə qazanan "Lex" olsa da, digərləri buna nail ola bilməyib".
Daha sonra qeyd edilir ki, "Qarabağ" Azərbaycan çempionatında aşkar lideridir (54 mümkün xaldan 50 xal, ikincini yeddi xal qabaqlayır) və yazda Konfrans Liqasında da oynayacaq: "Rəqib Belçikanın "Gent" komandasıdır. "Qarabağ" payızda Avropa Liqasında çıxış edib və 8 xalla qrupda 3-cü olub".
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.