"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə Premyer Liqasının XX turunda "Mançester Siti" ilə derbi öncəsi fikirlərini açıqlayıb. Matc.az saytının xəbərinə görə, portuqaliyalı futbolçu rəqibi Liqanın ən yaxşı klublarından biri hesab edib. 
 
"Amma ən əsası özünə inanmaqdır. Ola bilsin ki, "Mançester Yunayted" indi azarkeşləri və futbolçuları qalib gələ biləcəyinə inandıran komandaya çevrilib. Rəqibimiz kim olursa olsun, ona qarşı oynamaqdan çəkinmirik. Bu matçın nə demək olduğunu yaxşı bilirik" -  deyə, Fernandes bildirib.
 
Qeyd edək ki, "Mançester Yunayted" – "Mançester Siti" oyunu bu gün Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. 
 
Turan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest