"Turan Tovuz" daha öncə Rumıniyanın "Petrolul" komandasına 2:3 hesabıyla uduzub, İsveçrənin "Aarau" klubuna 1:0 hesabıyla qalib gəlib.

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün növbəti yoxlama görüşünü keçirib. Matc.az xəbər verir ki, əyalət təmsilçisi Antalyadakı hazırlıq çərçivəsində son sınaq matçını Qazaxıstanın "Jetisu" komandasına qarşı keçirib.
 
Qarşılaşmaya Bakı vaxtı ilə saat 16:30-da start verilib. Matç Tovuz klubunun 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Qolları 20-ci dəqiqədə Ayxan Hüseynov və 44-cü dəqiqədə Denis Marandiç vurublar.
 
Xatırladaq ki, "Turan Tovuz" daha öncə Rumıniyanın "Petrolul" komandasına 2:3 hesabıyla uduzub, İsveçrənin "Aarau" klubuna 1:0 hesabıyla qalib gəlib.
 
"Turan Tovuz" - "Jetisu" - 2:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest