Hazırda Səudiyyə Ərəbistanında "Əl-Nəsr" klubunun formasını geyinən portuqaliyalı futbolçu Kriştiano Ronaldonun xanımı Corcina Rodriges haqda maraqlı xəbər yayılıb. Matc.az xəbər verir ki, Corcinanın atası Xorxe Rodriqes narkotik alverinə görə türməyə düşüb.

Onun kokain və marixuana alveri ilə məşğul oldu üçün təxminən 10 il həbsxanada yatdığı qeyd olunur.

Xorxe Rodriqes 2003-cü ildə İspaniyadan Fransaya 100 min funt-sterlinq dəyərində qaçaqmal kokain aparılması əməliyyatı zamanı həbs edildiyi bildirilir. Ona həmin vaxt 11 il iş veriblər.

Argentinalı amnistiya ilə azadlığa buraxılsa da, 2008-ci ildə yenidən dəmir barmaqlıqlar arxasına düşüb. Bu dəfə o, cinayətkar dəstə ilə birgə Mərakeşdən İspaniyaya 1 milyon funt -sterlinq qiyməti olan marixuana gətirməyi planlaşdırırmış.

Xorxe 2013-cü ildə azadlığa çıxsa da, 6 ildən sonra 70 yaşında insultdan vəfat edib.

Ronaldonun Xorxe ilə tanış olub-olmaması haqqında məlumat yoxdur. çünki Corcinya atası ilə bağlı heç bir açıqlama vermir, bu məsələ barədə susmağa üstünlük verir.

 

XƏYAL

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest