"Bir neçə texniki səhvimiz olsa da, hücumda və müdafiədə matça nəzarət etdik. Səhvlərimizi düzəldə və oyunumuzu sürətləndirə bilsək, komanda stabil olacaq"

Macarıstan klubu "Seqed-çanad"ın baş məşqçisi Aleksandar Stevanoviç Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində "Zirə" ilə keçirilən yoxlama görüşünü dəyərləndirib. Matc.az xəbər verir ki, serbiyalı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri oyunda yetirmələrinin çıxışından razılıq bildirib.
 
49 yaşlı çalışdırıcı bildirib ki, Azərbaycan təmsilçisindən üstün oyun sərgiləyiblər:
 
"Gördüklərimdən və komandanın münasibətindən razıyam. Gərgin məşqdən sonra meydana çıxdıq, oyunumuzu sürətləndirməyə çalışdıq. Bir neçə texniki səhvimiz olsa da, hücumda və müdafiədə matça nəzarət etdik. Səhvlərimizi düzəldə və oyunumuzu sürətləndirə bilsək, komanda stabil olacaq".
 
Qeyd edək ki, Türkiyə toplanışını bu gün başa vuracaq "Zirə" sabah Vətənə dönəcək.
 
TURAN
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest