"Səbəbini bilmirəm, amma nədənsə, KİV həmişə məni başdanxarab kimi təqdim etməyə çalışır"

Rusiyanın "Ximki" klubunun yarımmüdafiəçisi Ayaz Quliyevin bu komandanın baş məşqçisi Spartak Qoqniyevlə dalaşdığı barədə xəbərlər yayılıb. Matc.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu yerli mətbuata açıqlamasında bu barədə xəbərlərə belə münasibət bildirib:
 
"Səbəbini bilmirəm, amma nədənsə, KİV həmişə məni başdanxarab kimi təqdim etməyə çalışır. Yəqin ki, bunda mənim də müəyyən qədər rolum var. Mənimlə danışan adamlar görür ki, elə insan deyiləm. Amma götürüb özündən ortaya nəsə "atmaq" kimlərinsə xoşuna gəlir. Yazılmış xəbər yalandır. Neсə yəni məşqçi ilə təkbətək söhbət etmək? Bu nə deməkdir? Mən məşqçiyə necə belə şey deyə bilərəm? Kimsə buna inanırsa, demək ağılı belə işləyir. Bilmirəm, bu cür yalana necə inanmaq olar! Bəli, komandada bəzən anlaşmazlıqlar yaranır. Olur ki, məşqçi futbolçuya hirslənir, o da cavab verə bilər. Lakin təkbətək söhbət ümumiyyətlə, yalandır. Bilmirəm, belə şeyi niyə yayımlayırlar. Bizim baş məşqçi ilə aramızda bir az anlaşmazlıq oldu. Ancaq danışdıq, hər şeyi aydınlaşdırdıq. Bəli, söhbət "şirin" olmadı, amma məsələyə aydınlıq gətirdik. Mən məsələni bir cür başa düşürdüm, məşqçi başqa cür. Söhbətdən sonra hər şey həll olundu. Mənim zədəmlə bağlı məsələ idi. Hər şeyi danışdıqdan sonra mənim üçün fərdi proqram hazırlandı və ona əsasən məşq edirəm. Bununla da məsələ bitdi".
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest