"Neftçi" (66,5 xal) 385-ci yerdən 290-cı pilləyə, "Zirə" (50,25) isə 577-ci pillədən 478-ci yerə yüksəlib.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini açıqlayıb. Matc.az saytı xəbər verir ki, Azərbaycanın 3 komandası siyahıya düşüb.
 
502 klubun qərarlaşdığı cədvəldə ən yaxşı nəticə "Qarabağ"a məxsusdur. Qurban Qurbanovun kollektivi 7 pillə irəliləyərək, 139 xalla 78-ci pillədə özünə yer tapıb. "Neftçi" (66,5 xal) 385-ci yerdən 290-cı pilləyə, "Zirə" (50,25) isə 577-ci pillədən 478-ci yerə yüksəlib.
 
Dünya reytinqinə yenə "Flamenqo" (299) başçılıq edir. Braziliya klubunu ölkənin digər təmsilçisi "Palmeyras" (284) izləyir. İlk "üçlüy"ü isə "Liverpul" (İngiltərə  - 273) qapayır.
 
TURAN
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest